XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 13:35

AB-dən Türkiyəyə 4 milyard avroluq zərbə:“Türkiyə Avropadan uzaqlaşır”

hahn

"Türkiyə bu sıralarda, təəssüf ki, Avropa yolunda irəliləmir, tam əksinə, Avropadan uzaqlaşır".

Strateq.az xəbər verir ki, bu sözləri AB Komissiyasının Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Cohannes Hahn bildirib.

Almaniyanın xəbər agentliyi dpa-ya açıqlamasında komissar Türkiyənin bu mövqeyinin birlik tərəfindən ona ayrılan maliyyə yardımlarının dayandırılmasına yol açdığını da etiraf edib.

Onun fikrincə, bu yardımlar qatı şərtlərə bağlıdır və hazırda həmin şərtlərin yerinə yetirilib-yetirilmədiyi təftiş olunur: “2014-2020 illəri arasında Türkiyəyə 4 milyard 450 milyon avro ayrılması planlaşdırılmışdı. İndiyə qədər isə bunun yalnız 167 milyon 300 min eurosunu ödənilib”.

Komissarın dediyindən belə çıxır ki, Avropa ölkələriylə inadlaşan Ankaranın bu mövqeyi növbəti 3 ildə onun təkcə AB yardımı çərçivəsində 4 milyard dollardan çox vəsait itirməsiylə nəticələnəcək. Bununla belə, Hahn, hələki Türkiyə ilə dialoq kanallarını bağlamaq istəmədiklərini də etiraf edib.

Bununla belə, indi gəlinən nöqtənin nəticə etibarilə üzvlük müzakirələrinin dayandırılmasına bərabər olduğunu bildirən komissar deyib: “Son zamanlar aparılan müzakirələrdə yeni mövzu başlıqları açılmadı. Bu səbəbdən də müzakirələr faktiki olaraq dayanma nöqtəsinə gəldi”.

Komissar Avstriya Baş naziri Kristian Kernin Türk hökumət üzvlərinin AB ölkələrində seçki fəaliyyətlərinə qatılmasının qadağan edilməsi təklifinə də münasibət  bildirib. "AB ölkələrində xarici siyasi partiyaların hansı tədbirlərdə, necə iştirak edəcəyi ilə bağlı qərarın üzv ölkələrin özü tərəfindən verilir”- deyən Hahna görə, “bu məsələdə həyata keçirilən siyasətlər fərqlilik göstərə bilər”.

 

Qeyd edək ki, Almaniya və Hollandiya kimi dövlətləri Türk rəsmilərinin Avropadakı soydaşları arasında prezidentlik üsul-idarəsi ilə bağlı keçirilən referendum təbliğatına qadağa qoymuş və bu da rəsmi Ankara tərəfindən faşizm kimi qiymətləndirilmişdir. Xüsusilə Rəcəb Tayib Ərdoğanın populist çıxışları münasibətlərin daha da gərilməsinə yol açmışdır. Bir müddət əvvəl isə AŞPA-nın Təftiş komissiyası Türkiyənin ittifaqdakı statusunu AB-liyinə üzvlüyə namizəddən təştif mərhələsinə endirmişdi. Bu isə Türkiyənin Azərbaycan, Ermənistan, Rusiya kimi qeyri-demokratik post-sovet ölkələriylə eyni cərgədə görülməsi mənasına gəlir.