XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 16:15

“Dik durun, sizə atla, köpəklə hücum edənlərin hər cür cavabı olacaq” –Ərdoğan

erdogan

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması və ölkədən çıxarılmasına Prezident Ərdoğan sərt reaksiya verib.

Strateq.az xəbər verir ki, az əvvəl çıxışında "Bunun bədəlini ən ağır formada ödəyəcəklər" deyən Ərdoğan hələ konkret addım atmadıqlarını bildirib:

"Biz hələ real addımlar atmamışıq.  Hollandiya bizim nazirlərimizi ölkəyə buraxmamasının əvəzini ödəyəcək. Buna əmin olun. Görəcəksiz. Bizim hansı addımları atacağımızı Hollandiyadakı seçkidən sonra daı hər kəs biləcək. Onlar bu irqçiliyin hər cür cavabını alacaqlar".

Ərdoğan Avropa Birliyinə də "yüklənib", bildirib ki, bu qrurumun səssizliyini də anlamaq mümkün deyil: "Ərdoğanın adı gələndə rahatsız olurlar. Niyə? Hələ çox rahatsız olacaqsız. Baxın, indi Almaniya TV-ləri əleyhimizə kampaniyaya başlayıblar. Başlayın, başlayanda guya nə edəcəksiz ki?".  

Ərdoğan Hollandiyada yaşayan 250 min türkə də səslənib: "İnanıram, siz çərşənbə günü Hollandiyada keçiriləcək seçkidə səsinizlə cavab verəcəksiz. Dik durun, sizə qarşı atla, köpəklə hücum edənlərin hər cür cavabı olacaq".

Ərdoğan onu da deyib ki, Türkiyə güclənikcə, Avropada narahatlıq artır: "Onlar hələ bizim gücümüz qarşısında çox əziləcəklər. Avropa nə edərsə etsin, keçmiş və indiki utanc hərəkətlərindən qaça bilməzlər. İnşallah, 17 aprelə xalqımız gələcəyi daha parlaq və aydınlıq olan günə çıxacaq".

Xatırladaq ki, Türkiyə cavab olaraq hələlik Hollandiyanın Ankaradakı səfirinin ölkəyə qayıtmasına qadağa qoyub.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O da deyib ki, Holandiyaya qarşı  müvafiq cavab addımları atılacaq.