"Türkiyə və Hollandiya yaranmış gərginliyi aradan qaldırmalıdır".
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Gərgin müzakirələr demokratiyamızın əsas dayağıdır, ancaq bu, qarşılıqlı hörmət çərçivəsində olmalıdır. Müttəfiqlərimizi qarşılıqlı hörmət məsələsində diqqətli olmağa çağırırıq”, – Stoltenberq bildirib.
İki ölkə arasında davam edən gərginliklə bağlı açıqlama yayan Avropa Birliyi də Türkiyəni həddindən artıq sərt fikirlər səsləndirməkdən uzaq olmağa çağırıb. /Axar.az