XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Mart 2017 - 10:18

Nazirlər Kabinetindən subsidiya ilə bağlı qərar –Hər kq baramaya 5 manat veriləcək

nazirler-kabineti

Nazirlər Kabineti "Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə, subsidiyanın verilmə Qaydası”nı təsdiq edib.

Baş nazir Artur Rasizadə bununla bağlı qərar imzalayıb.

Qaydaya əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 manat müəyyən edilib.

Maliyyə Nazirliyinə bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb. /"Report"