Nazirlər Kabineti "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nı təsdiq edib.
Strateq.az xəbər verir ki, bununla bağlı baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, ləğv olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 5 noyabr tarixli 119 nömrəli və "Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 30 iyul tarixli 162Q nömrəli qərarları ləğv edilib.
Nazirlər Kabinetinin digər bir qərarı ilə "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması” da təsdiq edilib.