XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2017 - 12:31

Xalq yazıçısının oğlu öldürülüb, 3 nəfər saxlanılıb –DİN-dən sensasion məlumat

din-1

Daxili İşlər Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın ötən gün vəfat edən oğlu Yalçın Qocayevin döyülərək öldürüldüyünü bəyan edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs qurumun üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb:

"Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub".

Xatırladaq ki, bir neçə gün əvvəl vəfat edən Yalçın Qocayevin yıxılaraq başının səki daşına dəydiyini və buna görə öldüyü bildirilirdi. Bu barədə mərhumun əmisi mətbuata açıqlama vermişdi. /Strateq.az