XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 17:22

Nazirlər Kabinetindən idman mərc oyunları haqda qərar –Dəyişiklik

nazirler-kabineti

Nazirlər Kabineti "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib.

Strateq.az xəbər verir ki, qərara görə, Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 762; 2012, № 5, maddə 494; 2013, № 6, maddə 752; 2016, № 6, maddə 1187, № 8, maddə 1449, № 9, maddə 1564) ilə təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın 5.1.9-cu yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və 5.1.10-cu yarımbənd əlavə olunub. 

Yeni əlavə olunmuş yarımbənddə mərc oyunları operatoruna əlavə hüquq və səlahiyyət verilib. Yeni əlavə edilən yarımbənddə göstərilib:

"5.1.10. idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda, dərhal Nazirliyə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat vermək”.