XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 15:51

Xırdalanda 5 nəfər dəm qazından boğulub? –"Azəriqaz”dan açıqlama

xirdalanda-bedbext-hadise-15032017-1-1

"Xırdalanda 5 nəfərin vəfat etdiyi hadisənin araşdırması gedir”.

Strateq.az xəbər verir ki, bunu Modern.az-a "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. 

O, hazırda hadisə ilə bağlı danışmağın tez olduğunu bildirib:

"Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir.  Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.

İbrahim Kərbalayev deyib ki, hadisənin dəm qazından baş verdiyini bəribaşdan söyləməyə tələsmək lazım deyil.

Martın 15-də Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 qızın meyiti tapılıb.