XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 06:27

Türkiyədə “AST Telman”ın çöküşü, «Palmali»nin isə dirçəlişi…

Uzun müddət Türkiyədə yaşamış politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, «AST Telman»ın Türkiyədə sıxışdırılmasında müxtəlif faktorları önə çəkmək olar: «Rusiyadan gələ biləcək sifarişi də versiyalar sırasına əlavə etmək olar. Ancaq bu o qədər də inandırıcı deyil. Mən daha çox Telman İsmayılovun milli kimliyi üzərində durmaq istərdim. Məlumdur ki, Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyənin İsraillə münasibətlərində kardinal dəyişiklik baş verdi. Ərdoğanın özünün yəhudilərə qarşı münasibətinin normal olmadığı bildirilir. İkinci faktor isə son vaxtlar Türkiyə hakimiyyətinin iş adamlarına qarşı yürütdüyü qərəzli siyasətlə bağlıdır. Belə hal bir müddət əvvəl «Doğan» holdinqin rəhbərilə bağlı yaşandı. Ona 8 milyard vergi borcu yazdılar. Nəticədə həmin adam özünə məxsus media quruluşlarını satıb canını qurtarmalı oldu. İndi də «AST Telman»a fantastik vergi borcu gəlib. Açıq-aydın görünür ki, bu işdə qərəz var. Hər halda Telman bu borcla razılaşsaydı, özünə məxsus olan başqa mülkləri satıb bahalı obyektinin əlindən çıxmasına imkan verməzdi. Bu xəmir çox su aparacaq. Təbiidir ki, Telman İsmayılov sakit duran deyil. Bu məsələni Avropa Məhkəməsinə qədər daşıyacaq».