XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 17:37

Nazir Ramil Usubovdan əmr –Polis əməkdaşları bayramda gücləndirilmiş iş rejimində işləyəcək

ramil-usubov-tek

Daxili işlər orqanlarının əməkdaşları Novruz bayramında gücləndirilmiş iş rejimində işləyəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 19-dan 27-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə post patrul xidməti naryadlarının sayı artırılacaq.