ötən ilin dekabr ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən alman vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərovla Seymur Talıbovun barəsində çıxarılan hökmdən verilmiş apellyasiya şikayəti icraata qəbul olunub.
Strateq.az xəbər verir ki, birinsi instansiya məhkəməsinin hökmündən prokurorluq da protest verib:
«Hazırda hər iki tərəfin şikayətləri ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun icraatında proses davam edir. Hakim sabaha təyin olunan iclasda böyük ehtimala qərarını elan edəcək».
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun hökmü ilə Cinayət Məcəlləsinin 120.2.5 və 228.4-cü maddələri ilə itiham olunan Elman İsgəndərova 15 il, Cinayət Məcəlləsinin 307.1-ci maddəs ilə təqsirləndirilən Seymur Talıbova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
İstintaqın gəldiyi nəticəyə görə, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət V.Şilderi güdüb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında V.Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində V.Şilder dünyasını dəyişib.
İki gün sonra E.İsgəndərov şübhəli şəxs qismində tutulub. Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayətin digər iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.
Onu da da bildirək ki, qətldə adıçəkilən Xəyal Əlizadə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin sabiq köməkçisi Tariyel Ağayevin qızının həyat yoldaşıdır.
Strateq.az