Dünyanın diqqətində olduğu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclası az əvvəl bitib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 0,25 % artırılmasına qərar verilib.
Bu barədə toplantıdan sonra açıqlama verən FED-in rəhbəri Janet Yellen bildirib ki, uçot dərəcəsi 2017-ci ildə üç dəfə artırılacaq.
Bu qərardan sonra dolların dünyadakı məzənnəsinin qalxacağı gözlənilir.