XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 23:35

Bolqarıstan da Türkiyəylə yola getmir:Ankaradakı səfir geri çağrıldı

DOST

 

Bolqarıstan Xarici İşlər Nazirliyi Ankara səfirini məsləhətləşmə aparmaq üçün geri çağırıb.

Strateq.az xəbər verir ki, Bolqarıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda geri çağırışın səbəbi açıqlanmır.

Bolqar mediası isə bu qərarı AKP hakimiyyətinin Bolqarıstandakı seçkilərə qarışması ilə izah edib.

Qeyd edək ki, Bolqarıstanda seçkilər bu ayın 26-da keçiriləcək. Növbədənkənar parlament seçkilərində Türkiyənin açıq şəkildə dəstəklədiyi DOST partiyası da iştirak edir.

“The Sofiya Globe” qəzeti bir müddət əvvəl Sofyadaki Türk səfiri Süleyman Gökçenin 7 Martda Xarici İşlər Nazirliyinə çağırıldığını  və ona Türkiyəli bir nazirin qardaş ölkədə yaşayan bolqar vətəndaşlarını Lütfi Mestanın liderliyindəki “DOST”-a səs verməyə çağırmasına etiraz etdiyini bildirmişdi.  Mümkündür ki, bolqar səfir də məhz bunu müzakirə etmək üçün Sofiyaya çağırılıb.

Türkiyə Xarici İşlər Nazirliyi isə Bolqarıstanı "Türkiyədəki səsvermə imkanlarını məhdudlaşdıran azlıqların əleyhinə ayrı-seçkilik etməklə" günahlandırıb