XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2017 - 00:45

İrəvanın mərkəzində etiraz aksiyası –FOTOLAR

a1

2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan ötən gün İrəvanda ölüb.  

A.Sarkisyanın ölümü İrəvandakı seçkiqabağı gərgin vəziyyəti daha da ağırlaşdırıb.  Məlumata görə, martın 16-ı axşam saatlarından başlayaraq, A.Sarkisyanın ölümünə etiraz olaraq İrəvan sakinləri Azadlıq meydanına toplaşmağa başlayıb. Daha sonra etirazçılar Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər.  

Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Aksiyaya  azadlıqdan məhrum edilmiş müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi bildirilir.  

Etirazçılar Azadlıq meydanında oturaq aksiya keçirməyi planlaşdırırlar.    (APA)

a2

a3