XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 03:12

Türk nazirdən Avropanı qorxuya salacaq sərt açıqlama:"Avropaya hər ay 15 min miqrant göndərək, ağılları çaşsın"

Soylu

"Avropaya hər ay 15 min miqrant  göndərək, ağılları çaşsın"

Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin  Daxili İşlər naziri Süleyman Soylu öz çıxışı zamanı söyləyib.

"İstədiklərini öz tərəfdaşlarına etdirə bilmədilər. İndi isə  başqa yollarla elətdirməyə çalışırlar.  Hollandiya, Almaniya, biz bunları anlamırıq? Biz seçkiləri orada keçirmirik ki, oranın konstitusiyası dəyişsin. Bu bizim daxili məsələmizdir, bundan sizə nə?  Çox arzu edirsinizsə, sizinlə "Geri göndərmə" müqaviləmiz var.  İstəsəniz, sizə göndərmədiyimiz hər ay 15 min miqrantın yolunu açaq, ağlınız çaşsın" – deyə, o bildirib.