XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 13:56

“Banklar dollar depozitini 3 faizlə alır, 24 faizlə verir” –YAP-çı deputatdan banklara kəskin etiraz

siyavus

"Nazirlər Kabinetinin fəaliyyəti qənaətbəxşdir. Dünyada böhran baş verir, Azərbaycanda isə xeyli iş görülüb. Qiymət artımı digər ölkələrdə də var. Qiymətlər artır, bu, təbiidir, amma süni şəkildə artımın qarşısını almalıyıq”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, vətəndaşların əziyyət çəkməməsi üçün süni qiymət artımının qarşısı alınmalıdır.

S.Novruzov qeyd edib ki, banklar dollar depozitini 3 faizlə götürür, digər vətəndaşa 24 faizlə verir:

"Vətəndaşın bu kreditləri qaytarması çətindir. Onlar hansısa əsasla bunu edirlər. Vətəndaşı soymaq olmaz, belə olanda vətəndaş hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qalır. Prezident İlham Əliyevin dediyi kimi, hər şey vətəndaş üçün olmalıdır. Vətəndaşı niyə qorumamalıyıq?”.

Report