XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2017 - 15:03

“Artur müəllim, demək olar ki, Naqif bütün hesabatı verdi” –Deputatın çıxışı gülüş yaratdı

oqtay-esedovvv

Milli Məclisdə hökumətin hesabatı zamanı maraqlı anlar yaşanıb.

Strateq.az "Qafqazinfo"ya istiandən xəbər verir ki, Gəncədən seçilən millət vəkili Naqif Həmzəyev çıxışında təmsilçisi olduğu şəhərin problemlərindən xeyli bəhs edib.

O, Aqrar Universitetin sahəsinin artırılmasını, Gəncədəki parklarla bağlı problemi və digər məsələləri qaldırıb.

Onun çıxışından sonra isə spiker Oqtay Əsədov üzünü baş nazir Artur Rasizadəyə tutaraq "Artur müəllim, demək olar ki, Naqif Gəncə üzrə bütün hesabatı verdi”, – deyib.

Spikerin bu sözləri deputatların gülüşünə və alqışlara səbəb olub.