XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 19:09

DTX-dan ekstazi əməliyyatı –İki nəfər saxlanıldı

ekstazi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilən külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb.

Strateq.az xəbər verir ki, bu barədə DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu saxlanılıblar.

Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb.