XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 23:29

Trampla Merkelin görüşündə maraqlı an –Prezidentlər bir-birinə əl uzatmadı (VİDEO)

tramp-merkel

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirilən görüşdə şəkil çəkilən zaman bir-birlərinə əl verməyiblər.

Görüş başlamazdan öncə jurnalistlər siyasətçilərdən bir-birlərinə əl verməyi xahiş edib.

Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.

KİV-lərin qənaətinə görə, Donald Tramp salonda səs-küy səbəbindən fotojurnalistlərin çağırışını sadəcə eşitməyib. Buna baxmayaraq, Tramp və Merkel arasında keçirilən ilk görüşün adıçəkilən epizodu İnternetdə sürətlə yayılmağa başlayıb. Bəziləri Trampın uzunsürən salamlamaları xoşladığını, Yaponiya baş naziri Sindzo Abenin əlini 19 saniyə sıxdığını xatırlayıblar. Qeyd edək ki, Almaniya kanslerinin qarşılanma mərasimində və görüşdən sonra baş tutan brifinqdə siyasətçilər bir-birlərinə əl veriblər. 

APA