XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

19 Mart 2017 - 22:46

Almaniya müdafiə xərclərini 38.5 milyard avroya qədər artırır –Nazir Trampa cavab verdi

leyin-alman-mwdafie-naziri

ABŞ prezidenti Donald Trampın "Almaniyanın ABŞ-a və NATO-ya böyük məbləğdə borcu var" açıqlamasına rəsmi Berlindən cavab gecikməyib.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, borc məsələsinə Almaniyanın müdafiə naziri Ursula von der Leyen bu gün aydınlıq gətirib.

O, "borcumuz yoxdur" deyərək, bildirib ki, "NATO-ya üzv ölkələr müdafiə xərclərinin 100-də 2 faizini BMT-nin və Avropanın sülh missiyalarına, həmçinin İŞİD-lə mübarizəyə ayırır. Əlbəttə, hər kəs bu xərc yükünü bərabər çəkməlidir. Bunun üçün də NATO ilə yanaşı, Avropa Müdafiə Birliyi və BMT əməliyyatlarına dəstək olacaq modern təhlükəsizlik konsepti hazırlanmalıdır".

Məlumatda o da bildirilir ki, Almaniyanın 2018-ci ildə müdafiə xərclərini 1.4 milyard avrodan 38.5 milyard avroya qədər artırması gözlənilir.