XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2017 - 13:08

Kreml İsrailə xəbərdarlıq etdi –Səfir XİN-ə çağırıldı

iraq 2

Rəsmi Moskva Suriyanın Palmira yaxınlığında İsrailin hava hücumu ilə bağlı Tel-Avivə öz narahatlığını bildirib.

Strateq.az "İnterfax"a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Bogdanov bildirib.

"Bizim xüsusi rabitə kanalımız var və oxşar insidentlərin baş verməməsi üçün bu kanalın səmərəli işləməsini istəyirik", – o vurğulayıb.

Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Qari Koren Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu, martın 17-nə keçən gecə həyata keçirilmiş hava hücumu ilə bağlı olub.

İsrail mətbuatının yazdığına görə, İsrail təyyarələri Rusiya hərbçilərinin  olduğu ərazinin yaxınlığına hücum edib.