Belarus üzərindən keçməklə Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlanıb.
Bunu bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili məsələlərinə həsr olunmuş toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
A.Lukaşenko hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib. /APA