XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

21 Mart 2017 - 13:59

Ordu rəhbərliyi hospitalda oldu, Zakir Həsənov tapşırıqlar verdi –FOTO

zakir-necmeddin-hospital

Müdafiə Nazirliyin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. 

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb, hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Sonra hərbi qulluqçuların ailə üzvləri, hərbçi və mülki qadın əməkdaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulan, son texnoloji nailiyyətlərə əsaslanaraq müasir avadanlıq və cihazlarla təchiz edilmiş Doğum şöbəsinin açılışı olub.

Tibbi heyətlə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib, müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verib.