XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Mart 2017 - 16:03

Putinlə görüşü 50 min dollara təşkil edən siyasətçi kimdir?- "Politico" ifşa etdi

putin-33

Livanlı biznesmen, Fransanın neft nəhəngi olan "Total"ın icraçı direktoru Fuad Maxzumi Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün 50 min dollarından keçib.

Biznesmen bu pulu Putinlə görüşü təşkil edən Fransua Fiyona (hazırda Fransada prezidentliyə namizəddir) ödəyib.

"Politico"nun məlumatına görə, Fiyon bu görüşü 2015-ci ildə Peterburqda keçirilən beynəlxalq iqtsadi forum çərçivəsində təşkil edib.

Qeyd edək ki, Nikola Sarkozinin dövründə Fransanın baş naziri olan Fiyon hazırda dövlət vəsaitlərindən sui-istifadədə, dələduzluqda ittiham olunur.

İddialara görə, Fiyon Fransa parlamentinin deputatı olarkən köməkçi vəzifəsinə öz xanımını təyin edib. Köməkçi işlədiyi illər ərzində ona əməkhaqqı və bonus olaraq 500 min avro ödənilib.

Qəzet iddia edir ki, Panelopa Fiyon işə heç vaxt gəlməyib və bu da onun bu qədər vəsaiti qanunsuz olaraq əldə etdiyi anlamına gəlir.

Qalmaqalda Fiyonun təkcə xanımının yox, iki övladının – qızı və oğlunun da adı keçir. 

Belə ki, Fiyon uşaqlarını da hüquqşünas kimi işə götürübmüş. Və bu illər ərzində onlara 400 min avroya yaxın vəsait ödənilib.

Strateq.az