XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2017 - 18:41

Prezident İlham Əliyev Pakistan dövlət başçısına məktub ünvanladı –Mətn

ilham-1

Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı – Pakistan Günü münasibətilə bu ölkənin prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Strateq.az xəbər verir ki, təbrikdə Azərbaycanla Pakistanı ortaq mənəvi dəyərlərdən qaynaqlanan möhkəm dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyi vurğulanıb:

"Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz xalqlarımızın iradəsini bariz şəkildə ifadə edir.

Bu yaxınlarda ölkənizə etdiyim səfəri, keçirdiyimiz görüşü, apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin daim möhkəmləndirilməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.