XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2017 - 00:45

Ermənistan Təhlükəsizlik Xidməti Samvel Babayanın saxlanılmasını təsdiqlədi –Təfərrüat

samvel

Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayanın saxlanılmasını təsdiqləyib.

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, S.Babayan və daha iki şəxs “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.

İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir.