London terrorunda ölənlərin sayı 4-ə çatıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 40 nəfər yaralanıb. Yaralılardan 29-u xəstəxanadadır. Onlardan yeddisinin vəziyyəti ağırdır.
Xatırladaq ki, terror aktı dünən Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verib. 2 silahlı şəxs maşınını insanların üzərinə sürüb, daha sonra da atəş açıb.
Parlamentin yaxınlığında isə bıçaqla polislərin üzərinə hücum edilib. Terrorçulardan biri hadisə yerində öldürülüb.
Hadisə ilə bağlı 7 nəfər şübhəli şəxs qismində həbs olunub.