XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Mart 2017 - 17:42

Ərdoğanın xəbərdarlığı Avropa Birliyini hərəkətləndirdi –Təmsilçi AB-yə çağırıldı

faruk-turkiye-ab

Türkiyənin Avropa Birliyindəki (AB) daimi təmsilçisi Faruk Kaymakcı AB-nin Xarici Əlaqələr Komissiyasına çağırılıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə AB sözçüsü Maja Kocijancic bir jurnalistin Türkiyə prezidenti Ərdoğanın Avropayla bağlı açıqlamaları haqda sualına cavab verərkən, deyib: "Görüşdə Faruk bəyə Prezident Ərdoğanın açıqlamalarından narahatlıq ifadə edilib…".

Xatırladaq ki, Ərdoğanın bu açıqlaması AB-də ciddi narahatlıq yaradıb:

"Türkiyə itələnəcək, aşağılanacaq, qüruru ilə oynanacaq, nazirləri qapılardan qovulacaq, vətəndaşları yerlərdə sürüklənəcək bir ölkə deyildir. Dünyanın hər yerində bu yaşananlar çox yaxından təqib edilir. Siz belə davranmaya davam edərsəniz, sabah dünyanın heç bir yerində heç bir Avropalı, Qərbli güvənlə, hüzurla çölə addım atmaz. Bu təhlikəli yolu açarsanız, ən böyük zərəri siz görərsiniz".

F.Əhməd