XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2017 - 18:25

Fransa vətəndaşı Belçikada terror etmək istədi, ancaq yaxalandı –Təfərrüat

belcika

Daha bir Avropa ölkəsində terrora cəhd baş verib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Belçikada bir maşın Antverp şəhərində gediş-gəliş və ticarətin sıx olduğu küçəyə sürətlə girməyə cəhd edib.

Belçika polisinin yaydığı məlumata görə, maşın küçədəki qoruyucu beton sədlərini aşa bilməyib, sürücü isə hadisə yerindən qaçmağa çalışıb: "Ancaq o, həbs olundu. Əraziyə əlavə polis qüvvələri yeridilib".

Polis hadisəni törədənin Fransa vətəndaşı olduğunu bildirib: "O, həm də Belçikada deyil, Fransada yaşayır. Maşından müxtəlif növ bıçaq və silahlar aşkarlanıb".

Polis onun adını hələlik açıqlamayıb.

F.Əhməd