XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2017 - 13:50

Ermənistanda stansiya partladı –1 nəfər öldü

stansiya

Bu səhər Ermənistanda oksigen stansiyası partlayıb.

Kotay vilayətinin Nor Qexi kəndində baş verən qəza ilə əlaqədar tədbirlər görülür. Hadisə yerinə xilasedicilərlə yanaşı Fövqəladə Hallar Nazirliyinin rəhbəri David Tonoyan da gedib.

Saat 08:40 radələrində xilasedicilər dağıntılar altından oksigen balonlarını dolduran Nor Qexi kəndinin sakini 1968-ci il təvəllüdlü Armenak Azaryanın meyitini aşkarlayıblar. Partlayışın şiddətli olması səbəbindən tikili darmadağın olub, ətrafdakı avtomobillərə ciddi ziyan dəyib.

Hadisənin başvermə səbəbləri bəlli deyil. Stansiyanın “Şirinyan qardaşları”na məxsus olduğu deyilir. /Musavat.com