XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2017 - 19:33

Türkiyə kəşfiyyatı İsveçrədə yaşayan türkləri izləyir? –XİN başçısından Ankaraya mesaj

isvecre-xin-bascisi

"İsveçrədə yaşayan türklərin Türkiyə kəşfiyyat təşkilatı tərəfindən qeyri-qanuni olaraq izlənmələri ilə bağlı iddialara tezliklə aydınlıq gətiriləcək".

Bunu Surixdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra İsveçrənin Xarici İşlər naziri Didye Burkhalter jurnalistlərə açıqlamasında deyib.

“Fövqəladə halın elan edilməsi Türkiyəni beynəlxalq insan hüquqları öhdəçiliklərindən azad etmir. İfadə azadlığı İsveçrənin universal bir dəyəridir və bu, Türk vətəndaşları üçün də etibarlıdır”, – Burkhalter bildirib.

Xatırladaq ki, Türkiyənin referendum kampaniyaları ilə bağlı yaranan gərginlik müddətində Sürix və bəzi başqa şəhərlərin rəhbərlikləri də hökumətdən türk rəsmilərə izin verilməməsini istəmişdi. Amma hökumət ifadə azadlığını səbəb göstərərək, məhdudiyyət tələblərini rədd etmişdi.

Axar.az