XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 17:55

Avropa Birliyi rəsmisi:“Türkiyə odla oynayır…”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın “16 apreldən sonra əlaqələri gözdən keçirəcəyik” sözləri AB ilə gərginliyi yenidən artırıb.

Bir AB səlahiyyətlisi “Bizim əlimizdə tətbiq edə biləcəyimiz çox vasitə var. Türkiyə odla oynayır. Açıq olaq, AB Türkiyədən daha çox güclüdür. Bizi referendum prosesində şantaj edə bilərlər, amma qarşılıqlı bir asılılıq var. Bu qarşılıqlı asılılıqdan ən çox faydalanan Türkiyədir. Müzakirə müddəti Türkiyənin xeyrinə oldu; AKP-nin iqtisadi uğurunda AB-nin Türkiyəyə qatqısı olduqca çoxdur” – deyə, bildirib.

Prezident Tayyib Ərdoğanın Avropaya ünvanlı “heç bir avropalı arxayın küçəyə çıxa bilməz” sözlərinin ardından Brüssel-Ankara arasında gərginlik daha da artıb.

Türk səfir xəbərin tək cümlədən ibarət olmadığını ifadə edərək təzyiqi aşağı salmışdı. Ancaq böhran Ərdoğanın 16 apreldən sonra əlaqələrin nəzərdən keçiriləcəyi təhdidiylə yenidən alovlandı. Ərdoğanın 16 apreldən sonra yeni bir səhifə açması gözlənilərkən, AB də Ankaraya qarşı reaksiyasını daha fərqli hiss etdirmək qərarı verib(azadliq.info).