Türkiyə Avropa İttifaqına üzvlüyü ilə əlaqədar danışıqların davam etdirilməsinin məqsədəuyğun olub-olmamasına dair referendum keçirə bilər.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada çıxışı zamanı bildirib.
“16 aprel referendumundan sonra biz Aİ-yə üzvlüklə əlaqədar danışıqların davam etdirilməsinin məqsədəuyğunluğuna dair referenduma adlaya bilərik”, – deyə Ərdoğan bildirib.
Son zamanlar Türkiyə-Aİ münasibətlərində gərginlik müşahidə edilir. (APA)