Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Almaniya yığmasına böyük hesabla məğlub olub.
Strateq.az xəbər verir ki, millimiz 4:1 hesabı ilə uduzub.
Oyundakı yeganə qolumuzu 31-ci dəqiqədə Nazarov vurub. Almanlardan isə Şürrle (19,81), Müller (36) və Qomez (45) fərqləniblər.
Qrupumuzdakı digər oyunda isə Çexiya San Marino komandasını darmadağın edib – 6:0.
Bu qələbə sayəsində Çexiya 2-ci sıraya yüksəlib. Millimiz isə 4-cü pillədə qərarlaşıb.