XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 00:13

Polis Sankt-Peterburq mitinqini də dağıtdı –131 nəfər də burada saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən etiraz aksiyası zamanı 131 nəfər saxlanılıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə,  icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 131 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.

Məlumata görə, müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib.

Qeyd edək ki, bu gün Moskvada müxalif  “Tərəqqi” partiyasının  üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşının yaralandığı bildirilir.