XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2017 - 08:42

İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinəicazə verib

İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq verib.

Beləliklə, Dövlət Şurası İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin rəsmi etirazı rədd olunub. 

Son zamanlar vilayətin sakinləri TAP-ın tikintisinə qarşə etiraz aksiyaları keçirib.

Dövlət Şurasının qərarı faktiki olaraq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP-ın tikintisinə yaşıl işığın yandırılması deməkdir.

Ümumi uzunluğu 520 km olan TAP Cənub Qaz Dəhlizinin davamı olaraq Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 mlrd. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrədək artırıla bilər.  (APA)