XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2017 - 13:09

Parisdə Çin vətəndaşı qətlə yetirildi, iğtişaşlar başladı –Yaralı və saxlanılanlar var

Fransa paytaxtında keçirilən etiraz aksiyası zamanı ən azı 35 nəfər saxlanılıb.

Parisdə Asiya əsilli kişinin polis tərəfindən qətlinə etiraz olaraq bu gecə keçirilən nümayişdə təqribən 150 nəfər iştirak edib.

Paytaxt prefekturasından bildiriblər ki, polis əməkdaşları Asiya icmasının nümayəndələri ilə insidenti müzakirə etməyə hazır olub, lakin “əlaqələndiricinin səhvi ucbatından” görüş baş tutmayıb.

Xatırladaq ki, Fransa polisinin Paris sakinini öldürməsindən sonra paytaxtda iğtişaş yaranıb. Qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı xəsarət alıb.

“Le Parisien” qəzeti yazır ki, insidentə səbəb martın 27-də iki polis əməkdaşının məişət zəminində mübahisəni araşdırmaq məqsədilə mənzillərdən birinə gələrək 56 yaşlı Li Şayonu güllələməsi səbəb olub. Onun bıçaqla asayiş keşikçilərinə hücum etdiyi bildirilir. Lakin mərhumun qızı bunu təkzib edir.

Qətlə yetirilən sakinin xatirəsini anmaq üçün onlarla insan bir yerə toplaşıb. Parisin 19-cu dairəsində polis məntəqəsinin yaxınlığındakı dinc nümayiş kütləvi qarşıdurmaya keçib. Naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıb, sonra onu yandırmağa cəhd ediblər. İzdihamı dağıtmağa çalışan polis əməkdaşlarına daş, butulka atılıb.

Hadisə nəticəsində 3 polis yaralanıb. /Trend.az