Bu gün Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani Moskvada keçirdikləri görüşdə bir neçə iqtisadi saziş və memorandumlar imzalanıb.
Strateq.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, imzalanan sənədlərə iranlı və rusiyalı turistlər üçün vizasız rejimin tətbiqi, nüvə materiallarının daşınması kimi iqtisadi sazişlər daxildir.
Qeyd olunur ki, dövlət başçıları Suriya və Əfqanistanda baş verər terror aktlarına münasibət bildirib, Yaxın Şərqin nüvə silahından azad bölgə olması ideyasını dəstəkləyiblər.