XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2017 - 23:07

Həmsədrdən Qarabağda açıqlama:“Prezidentlərin görüşünü təşkil etməyə hazırıq”

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvandan Azərbaycanın işğal altındakı ərazilərinə gəliblər.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, diplomatlar Xankəndidə separatçı qurumun rəhbəri Bako Saakyanla görüşdən sonra səfərin yekunları barədə brifinq keçiriblər.

“Fransa öz ərazisində Azərbaycan və Ermənistan prezidentilərinin görüşünü təşkil etməyə hazırdır. Yüksək səviyyəli görüşün mümkün olub-olmadığı barədə sualın cavabında diplomat deyib ki, əgər şərait yaranacaqsa, əlbəttə, bu, baş verəcək.”.

Bunu farnsalı həmsədr Stefan Viskonti deyib.

Həmsədr deyib ki, Paris belə bir görüşün Fransa ərazisində keçirilməsinə hazırdır: "Ancaq başqa bir yerdə də görüş keçirmək olar, yetər ki, bu görüş məhsuldar olsun".

Fransalı diplomatın sözlərinə görə, əsas məsələ sabitliyin qorunmasıdır: 

“Biz çox istərdik ki, hər şeydən əvvəl atəşkəsin pozulması baş verməsin. Bu, çox vacibdir. Elə isə əvvəlki kimi danışıqları necə aparmaq lazımdır? Bu halda hərəkət etmək gərəkdir”.

Stefan Viskonti Azərbaycan və Ermənistan prezidentlərinin Parisə səfərini də xatırladıb və bildirib ki, F.Ollandla görüşlərdə Qarabağ məsələsi geniş və intensiv şəkildə müzakirə olunub. Odur ki, bölgəyə son səfərin də danışıqları bərpaya kömək edəcəyinə əminliyini vurğulayıb. Eyni zamanda “çətin prosesdir, bunu siz də gözəl başa düşürsünüz” deyə, əlavə edib.

Tənzimlənmə prosesinin hazırkı durumuna gəldikdə, o deyib ki, məxfilik prinsipinə əməl olunaraq detallar açıqlanmır.

“Amma bu, o demək deyil ki, heç bir iş görülmür” – fransız həmsədr deyib.