XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 11:18

Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri artırılır –Yeni qanun Milli Məclisdə

Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz.

Bu, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış İnzibati Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qnuna layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanının həmin qərarların qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmələrdə sübuta yetirildikdə həmin iddia zərərçəkən şəxslərin maliyyə kompensasiyasının ödənilməsi tələbi formasında təmin oluna bilər.

Məcəlləyə bakların maliyyə bazarlarına nəzarət orqanına qarşı iddiaları və maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair işlər üzrə icraata dair fəsil əlavə edilib.

Layihəyə əsasən ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması, rezolyusiyası, ləğvi və iflası, eləcə də banka qarşı tətbiq edilən təsir, təshih və sanksiyalar ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələr apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. /APA