XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 17:13

Abdullah Gül kimə qarşı çıxdı:Bərzaniyə, yoxsa Ərdoğana?

"Kərkükdə İraq bayrağıyla yanaşı,  İraq Kürdüstanının bayrağının asılması şəhərdəki milli həmrəyliyi – türkmən, kürd və ərəblər arasındakı bərabərliyi təhdid edir”.

Strateq.az xəbər verir ki, bunu Türkiyənin sabiq prezidenti Abdullah Gül öz “Twıtter” səhifəsində yazıb.

Ərəb və türk dillərində yazılan statusda o da qeyd olunub ki, İraq Konstitusiyasına zidd olan bu təktərəfli qərarın yenidən nəzərdən keçirilməsi və ölkədəki bütün qrupların konstitusiya istiqamətində hərəkət etməsi, İraqın və bölgənin sabitliyi baxımından böyük əhəmiyyət kəsb edir: “Onsuz da kifayət qədər qarşıdurma və dərdlə bitab düşmüş İraqın başına yeni problemlər çıxarmaması lazımdır”.

Bu həqiqətin Abdullah Gül tərəfindən dilə gətirilməsinin ən önəmli tərəfi isə kürd muxtariyyətinin ikibayraqlı rəsmi tədbirlərinin Kərkükdən qabaq Ankarada keçirilmiş olmasıdır.  Muxtariyyətin rəhbəri Məsud Bərzani bir müddət əvvəl Ankaraya rəsmi səfəri zamanı həm İraq, həm də muxtariyyət bayrağı ilə qəbul olunmuş və bu hərəkət Bağdad tərəfindən sərt dillə qınanmışdı.

Bir vaxtlar Abdullah Gülün silahdaşı olan cənab Rəcəb Tayib Ərdoğan iqtidarının məlum addımından sonra yayğınlaşan bu tendensiyaya keçmiş dostu tərəfindən sərt reaksiya verilməsi düşündürücüdür və AKP-də ziddiyyətlərin yaranması kimi qəbul oluna bilər.

Qeyd edək ki, Abdullah Gülün bu cür mübahisə yaradan mövqe sərgiləməsi ilk belə hadisə də deyil.