XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 18:45

Erməni ordusunun baş leytenantı da öldürülüb –Düşmən itkilərini bir-bir üzə çıxarır

Ermənistan ordusunun son günlər təmas xəttində verdiyi və ictimaiyyətdən gizlədilən daha bir hərbçi itkisi barədə məlumat yayılıb.

Virtualaz.org xəbər verir ki, martın 27-də təmas xəttində baş leytenant, 27 yaşlı Qiorgi Adonyan öldürülüb. 

Məlumat sosial şəbəkələrdə "Azeri Patriots” adlı istifadəçi tərəfindən yayılıb. Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı qondarma rejim martın 27-də təmas xəttində itki verdikləri haqda heç bir informasiya verməyib. Həmin istifadəçi düşmən ordusunun ilin əvvəlindən bəri azı 19 hərbçi itirdiyini bildirir, onların ad-soyadlarını, hərbi rütbələrini göstərir. Bu itkilərin əksəriyyəti barədə xəbərlər artıq yayılıb.

Xatırladaq ki, ötən gün martın 28-də də düşmən itki verib. Təmas xəttinin Ağdam istiqamətində Artak Rafaelyan adlı erməni pulemyotçu vurulub. O, həm də aprel döyüşlərinin iştirakçısı və idmançı-rekordsmen olub.