XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 23:48

“Gallup”dan sorğu:"Trampın nüfuzu ən aşağı həddə düşüb"

ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb.

Bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində bildirilir.

Martın 28-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 35%-i ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib. Bundan əvvəlki sorğuda isə respondentlərin 36%-i D.Trampın fəaliyyətini dəstəkləmişdi.

Qeyd olunur ki, iki aylıq prezidentlik dövründə Barak Obamanı 60%-dan, kiçik Corc Buşu isə 50%-dən çox respondent dəstəkləyib. "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.

APA