XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 23:54

“Suriyada yeni əməliyyatın keçirilməsi mümkündür” –Binəli Yıldırımdan mesaj

"Fərat qalxanı" əməliyyatının başa çatdığını təsdiqləyən Türkiyənin baş naziri Binəli Yıldırım gələcəkdə ölkənin təhlükəsizliyinə təhdid olduğu təqdirdə yeni əməliyyatın keçirilməsinin  mümkünlüyünü vurğulayıb.

Bu barədə B.Yıldırım NTV telekanalına müsahibəsində deyib.

“İki min kvadratmetrdən çox ərazi terrorçulardan azad edilib. Hazırda orada “Azad Suriya Ordusu” yerləşib. "Fərat qalxanı" əməliyyatı başa çatıb. Lakin gələcəkdə təhdidlər baş versə yeni adla yeni əməliyyata başlanıla bilər”, – deyə B.Yıldırım vurğulayıb.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il,  avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.

APA