XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 10:44

Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib –Səbəb

ABŞ prezidenti Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, Birləşmiş Ştatların səfir təyin etmədiyi dövlət arasında Britaniya, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı da var.

D.Tramp bu il yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra ölkəsinin bir sıra dövlətlərdəki səfirlərini işdən çıxarıb.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nümayəndələri səfir olmağa namizədlərlə bağlı məlumatlarda müəyyən problemlərin olduğunu bildiriblər.

Səfir vəzifəsinə namizədlər Senatın Baş Məclisində təsdiq olunmalıdır. 

Xatırladaq ki, Yuta ştatının keçmiş qubernatoru, 2009-2011-ci illərdə ABŞ-ın Çindəki səfiri oğul-Con Hantsmanın Rusiyaya səfir təyin ediləcəyi haqda da xəbərlər yayılıb. Ata-Con Hantsmana respublikanın yaranmasında göstərdiyi səylərə görə, Ermənistanın vətəndaşlığı verilib. Milyader atanın bir vaxtlar Yerevanda zavodları olub.