XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 10:50

DSMF-nin Gəncə şöbəsində rəsmi yoxlama –Palata şöbə müdiri və müavinini sorğu-sual etdi

Dünən Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən bildirir ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş nəzarət  tədbiri üzrə Hesabat müzakirə olunub.           

Kollegiya iclasına dəvət olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri Nizami Əhmədov və şöbə müdirinin müavini Bəyəli Xəlilov müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar.    

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumuna təqdimatın göndərilməsi və audit tədbirinin nəticəsi barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.        

İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.