XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2017 - 11:13

Dövlət İmtahan Mərkəzindən abituriyentlərə müraciət –Sınaq imtahanları ilə bağlı

27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq "Sınaq imtahanı" ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Strateq.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər.

İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək.