XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2017 - 12:12

Nazirlər Kabineti qərar verdi, bu məhsulların ixracından 1000 dollar rüsum tutulacaq –SİYAHI

Azərbaycandan ixrac edilən şalban, odun, budaq, çırpı bağlamaları və ya analoji formalarda yanacaq oduncağı (oduncaq talaşası və ya yonqarı; şalbanlar, briketlər, qranullar şəklində və ya analoji formalarda aqlomerasiya olunmuş və ya olunmamış mişarağzı və ağac tullantıları və skrap) ixrac gömrük rüsumuna cəlb ediləcək.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

İxrac zamanı bu materialların 1 kub metri üçün 1000 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. /APA