XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 13:24

Alman mətbuatı yenə Ərdoğanı topa tutdu:“15 iyul bəhanəydi”

Ankara-Berlin münasibətlərinin korlanmasından etibarən, Türkiyə məsələsi alman mətbuatının gündəmindən düşmür.

Strateq.az xəbər verir ki, bugünkü nəşrlərdə də eyni məsələ alman yazarlarının ən çox diqqət ayırdığı mövzu olub.

Almaniyanın məşhur media qurumlarından “Süddeutsche Zeitung” qəzetində dərc olunan bir məqalədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Gülən tərəfdarı olduğu iddia edilən şəxslərlə yanaşı, alman siyasətçilərini də izlədiyi iddia olunur.

Məqalədə deyilir:

"Almaniyada daxili satbillik böyük əhəmiyyət daşıyır, ancaq bu stabillik türklərə, Türkiyə mənşəli almanlara və siyasilərə yönəlik təqiblərlə təhlükəli hal almağa başlayıb. Burada söhbət ümumiyyətlə ölkədəki stabilliyin pozulmasından gedir. Türk kəşfiyyatının Almaniyada xəfiyyə və agentlərdən ibarət geniş bir şəbəkə qurduğu aydınlaşır. Federal vəkillərin istintaqı əsnasında bilinən və bilinməyənlərin, bu şəbəkənin harada “düyünləndiyi”nin və Almaniyada hansı strukturlardan istifadə edildiyinin aydınlığa qovuşdurulması lazımdır; bu zaman əldə edilən dəlillər yeni istintaqların yolunu aça bilər. Əlbəttə, istintaq yalnız imamlara və təriqətlərin öncüllərinə yönəlik olmayacaq, amma nəhayətində cəzalandırıcı sanksiyaların tətbiqi də şərtdir. "

Berlində dərc olunan "Tagesspiegel" qəzeti isə mövzuyla əlaqədar yazır:

"Bizim xarici kəşfiyyat servisimiz BND-nin sədri Bruno Kala verilən siyahı Gülən qruplaşmasının sözdə tərəfdarları kimi təhlükə meydana gətirənləri deyil, təhlükə altında olanları ehtiva edir. Ancaq Gülən qrupunun terrorist olduğuna və çevriliş cəhdi hazırladığına dair hələ ki, heç bir dəlil yoxdur. Bu cəhd BND sədrinin də eyham vurduğu kimi, Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərini genişləndirmək üçün istifadə etdiyi bir bəhanəydi. Bununla yanaşı, bir millət vəkilinin, Türkiyə-Almaniya Parlamentlərarası Qrupu sədri Maykl Münteferingin izlənildiyi də ortaya çıxdı. Ərdoğançıların mövqeyinin siyasi, cəzəvi və əcnəbilərin hüququ baxımından nəticələri olması üçün daha nələrin yaşanması lazımdır? Almaniya Federal Respublikası hüquqi dövlətdir və belə şeylərə göz yummamalıdır".

“Stuttgarter Nachrichten” qəzetində də eyni mövzu gündəmə daşınır:

"Ankaranın alman siyasətçilərini izləməsi və türklərin alman siyasətinə qarşı kəşfiyyat xidmətini Almaniyaya göndərməsi səbri daşıran son damla oldu. Almaniyanın səfiri Ankarada yenə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmadan biz onu Almaniyaya çağırmalıyıq. Çünki Ankarada ona artıq ehtiyac yoxdur. "