XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 21:40

Rusiyalı ekspert:"Türkiyə olmadan Suriyada heç bir problem həll edilə bilməz"

"Türkiyə olmadan Suriyada heç bir problem həll edilə bilməz".

Bu sözləri rusiyalı ekspert Viktor Litovkin “Fərat qalxanı” əməliyyatının sona çatması ilə bağlı şərh verərkən deyib.

O bildirib ki, Rusiyanın Türkiyə ilə görəcəyi işlər hələ çoxdur:

“Türkiyənin açıqlamasını belə dəyərləndirmək lazımdır: Məncə, sadəcə “Fərat qalxanı” sona çatdı. Türkiyə öz hərbi əməliyyatını başa çatdırdı. Amma Türkiyə ilə regionda daha çox işlər görəcəyik. Fikrimcə, Rusiya, Türkiyə və İran birgə əməliyyatlar həyata keçirəcək”.

Qeyd edək ki, dünən Türkiyə Baş naziri Binəli Yıldırım açıqlamasında Suriyada aparılan “Fərat qalxanı” əməliyyatının sona çatdığını bildirmişdi/Axar.az.